Telman İsmayılovun oteli dünyanın ən lüks mehmanxanasıdır
0
0
“Mardan Palace”a İngiltərədə mükafat verildi
Londonda turizm sahəsində nüfuzlu “World Expedition Awards mükafatları” təqdim olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antalyada tikdirdiyi “Mardan Palace” mehmanxanası dünyanın ən lüks mehmanxanası sayılıb.
“Mardan Palace”la bərabər, başqa bir nominasiya üzrə də Türkiyə mehmanxanası mükafat alıb. Xidmət səviyyəsinə görə Antalyanın Bələk rayonundakı “Adam & Eve” mehmanxanası ən mükəmməl layihəyə malik mehmanxana sayılıb və mükafatlandırılıb.
120 ölkə gözəlinin qatıldığı tədbirdə “Adam & Eve” mehmanxanasının müdiri Alper Uçara mükafatı Cənubi Afrika gözəli, “Mardan Palace” mehmanxanasının nümayəndəsi Robert Marekə isə mükafatı Venesuela gözəli təqdim ediblər.

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05