Ehtiyac meyarının həddi və yaşayış minimumu müzakirə olunur
13 noyabr 2009 15:30 (UTC +04:00)

Ehtiyac meyarının həddi və yaşayış minimumu müzakirə olunur

Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” qanun layihələrinin birgə müzakirəsi başlayıb.

Lent.az-ın xəbərinə görə, parlamentin İqtisadi siyasət daimi Komitəsinin sədri Ziyad Səmədzadə qanun layihələr barədə məlumat verib. Onun sözlərinə görə, dövlət sosial yardımın təyin edilməsi məqsədilə 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat təklif olunur.

Həmçinin, 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilməsi təklif olunur.

Hazırda deputatlar qanun layihələri barədə fikir və təkliflərlə çıxış edir.

Pərvin ABBASOV
# 442

Oxşar yazılar