İsmət Abbasov Romada Ərdoğanla görüşüb
0
0
Ərzaq təhlükəsizliyinə dair keçirilən forumda varlı ölkələr kasıb ölkələrə yardım etməkdən imtina etdi
Romada keçirilən BMT-nin ərzaq təhlükəsizliyi samiti çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı naziri İsmət Abbasov Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdə iki ölkə arasında iqtisadi və ticarət münasibətləri, o cümlədən aqrar sahədə əməkdaşlıq məsələlərindən danışılıb.
Xatırladaq ki, İtaliyada dünən başlayan sammitdə varlı ölkələrin yoxsulluqdan əziyyət çəkən dövlətlərdə kənd təsərrüfatının inkişafına 44 milyard dollar yardım ayırmaqdan imtina etdiyi açıqlanıb. BMT-nin baş katibi Pan Ki Mun bütün dünyada genişlənməkdə olan aclığı həm də qlobal iqlim dəyişikliklərinin nəticəsi kimi dəyərləndirib. Onun fikrincə, iqlim təhlükəsizliyi təmin olunmadan dünyada, xüsusən də iqtisadiyyatın zəif inkişaf etdiyi ölkələrdə ərzaq zəmanətindən danışmaq yersizdir.
Maraqlıdır ki, həm də Roma şəhərinin meri olan BMT baş katibinin bu fikirlərini sammitdəki əksər liderlər dəstəkləyib. Onlar iqlim dəyişkənliyi ilə mübarizənin inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyi təminatında vasitə olacağını söyləyiblər.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05