Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 15:13 (UTC +04:00)

Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA

2020-2024-cü illərdə Azərbaycanda istehlakçılar tərəfindən içki və tütün məmulatlarına 12 milyard 206.5 milyon manat xərclənib.

LENT.AZ xəbər verir ki, bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

Diaqramdan göründüyü kimi, 2020-ci ildə istehlakçılar içki və tütün məhsullarına 2 milyard 168.5 milyon manat xərclədiyi halda, 2024-cü ildə bu göstərici 2 milyard 726.5 milyon manata yüksəlib.

Ümumi pərakəndə ticarət dövriyyəsinin strukturu

2020-2024-cü illərdə Azərbaycanda ümumi pərakəndə ticarət dövriyyəsi 257 milyard 755.6 milyon manat təşkil edib. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 130 milyard 37.9 milyon manat dəyərində ərzaq malları, 115 milyard 511.2 milyon manat dəyərində isə qeyri-ərzaq malları satılıb.

Diaqramdan göründüyü kimi, 2020-ci ildə ölkədə pərakəndə ticarət şəbəkələrində ərzaq məhsullarına 19 milyard 516 milyon manat, qeyri-ərzaq məhsullarına isə 18 milyard 481 milyon manat xərclənib. 2024-cü ilə gəldikdə isə, bu göstəricilər müvafiq olaraq 31 milyard 408 milyon manat və 28 milyard 68 milyon manat səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, 2020-2024-cü illərdə ölkədə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50.5 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 44.8 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar