"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə -FOTO
05 iyul 2022 16:35 (UTC +04:00)

"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə -FOTO

Bu gün Balakən rayonunda qurulan növbəti “Səyyar qəbul otağı”nda rayon sakinləri qaz təchizatı ilə bağlı öz təklif və suallarını səsləndiriblər.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, vətəndaşlar üzləşdikləri çətinliklərdən söz açaraq, əsasən qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin və fərdi yaşayış evlərinin qazlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər. Ünvanlanan hər bir müraciət Zaqatala Regional qaz istismarı İdarəsinin və Birliyin İdarəetmə aparatının məsul şəxsləri tərəfindən qeydə alınıb və lazımi izahatlar verilib.

Nəzərinizə çatdıraq ki, "Açıq mikrofon" aksiyası bu həftənin 3-cü günü Qax rayonunda, 4-cü günü Oğuz rayonunda, 5-ci günü isə Zaqatala rayonunda keçiriləcək.

 

"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə - FOTOLAR

"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə - FOTOLAR

"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə - FOTOLAR

# 1095
avatar

Oxşar yazılar