"Azəriqaz"ın növbəti "Açıq mikrofonu" Qubada olacaq
21 iyun 2022 11:18 (UTC +04:00)

"Azəriqaz"ın növbəti "Açıq mikrofonu" Qubada olacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

Lent.az xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq. İyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. 

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

# 1185
avatar

Oxşar yazılar