Milli Basketbol Assosiasiyasının rəhbərliyi (NBA) “Şarlotta Hornets” komandasının sahibi əfsanəvi basketbolçu Maykl Cordanın səhmlərinin əksəriyyətini Qeyb Plotkin və Rik Şnallomun rəhbərlik etdiyi qrupa satacağını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, son ikisi yəhudidir və milyarderdir.
Sövdələşmənin təxminən 3 milyard dollar dəyərində olduğu qeyd edilir.
Cordan komandanı 2010-cu ildə 275 milyon dollara alıb.
Plotkin, keçən il bağlanan, təxminən 8 milyard dollar dəyərində olan “Melvin Capital”ı qurub. O, “Hornets”in azlıq sahibi idi. Xabad tərəfindən mükafatlandırılıb və “Gənc yəhudi peşəkarları” şəbəkə qrupu ilə çalışıb.
Başqa bir NBA klubu olan “Atlanta Hauks”ın sahibi olan Şnall, özəl kapital firmasının həmprezidentidir. Daha bir neçə yüksək vəzifəli yəhudi klubu idarə etməklə məşğuldur.