“Kristal Abşeron”dan  AÇIQLAMA
20 fevral 2024 14:55 (UTC +04:00)

“Kristal Abşeron”dan AÇIQLAMA

Son günlər kütləvi informasiya vasitələrində Yasamal gölünün qurudulması ilə bağlı bir sıra məlumatlar yayımlanıb.

Lentr.az xəbər verir ki, “Kristal Abşeron” bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir: “Yayımlanan videonun çəkildiyi ərazi gölətrafı bulvar salınması üçün ayrılmış zonadır. Yəni bu hissədə heç bir bina tikintisi nəzərdə tutulmur. Ərazidə aparılan prosesin məqsədi gölü qurutmaq yox, sadəcə gölün səth hissəsində bərkitmə işləri aparmaqdır. Bu bərkitmə işləri yekunlaşdıqdan sonra gölətrafı bulvar ərazinin salınmasına başlanılacaq.

Məsələ ilə maraqlananlara layihənin ilk iki mərhələsinin baş planını təqdim edirik.

Qeyd edək ki, bu baş plan Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən qiymətləndirilib.

Layihənin tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlərə müsbət yöndə təsir edəcəyi qənaətinə gəlinib və icra üçün razılıq əldə edilib.

Əlavə olaraq bildirək ki, biz “Kristal Abşeron” şirkəti olaraq tikinti aparan zaman seçilmiş ərazidə yaşıllıq varsa, bu yaşıllığı landşaft elementi olaraq saxlayırıq və yeni yaşıl ərazilər salaraq ekoloji sağlam mühit yaradırıq. Gölətrafı 20 hektar bulvar ərazinin və 5 hektarlıq şamlıq parkının salınmasında da əsas məqsəd “Park Yasamal” sakinləri üçün təbiətə yaxın, ekoloji sağlam mühit təşkil etməkdir”. 

 

# 2427
avatar

Oxşar yazılar