Media və QHT nümayəndələrinin sualları cavablandırıldı -FOTO
17 iyun 2022 16:16 (UTC +04:00)

Media və QHT nümayəndələrinin sualları cavablandırıldı -FOTO

Bu gün SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub.

Lent.az xəbər verir ki, media və QHT nümayəndələri, eləcə də sosial şəbəkə fəallarının (bloggerlər) üzünə açıq olan aksiyada 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək iyunun 1-dən bu günədək daxil olan müraciətlərin statistikasını açıqlayıb. Şöbə rəisi həmçinin abonentlərə səslənərək onları sayğaclarla bağlı müraciətlərdə daha effektli davranmağa dəvət edib. 

Tövsiyə olunub ki, əgər sayğaclarda problem yarananda 104 Çağrı mərkəzinə zəng olunubsa, o zaman abonentlərin sayğacın yanında olması vaxta qənaət baxımından daha  səmərəli olar. Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov sayğacların yenilənməsi və tətbiqi ilə bağlı mövcud vəziyyəti aksiya iştirakçılarının diqqətinə çatdırıb. 

Şöbə rəisi ona ünvanlanan “Sayğacların dəyişdirilməsi məcburidirmi?” sualına cavab olaraq deyib ki, 5 il istismar olunan sayğacların dövlət yoxlamasına aparılması məcburidir və bu, müvafiq qayda və qanunlara əsaslanır. Rövşən Məhyəddinov bildirib ki, yoxlamadan sonra yararlı hesab olunan sayğacların yenidən istismara verilməsi prosesi də tam qaydalara uyğun olaraq həyata keçirilir.

 

# 1356
avatar

Oxşar yazılar