Naftalandakı aksiyada 4 müraciət ünvanlandı
07 dekabr 2023 17:44 (UTC +04:00)

Naftalandakı aksiyada 4 müraciət ünvanlandı

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Naftalan şəhərində təşkil olunub.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiyada 10-a yaxın vətəndaş iştirak etsə də, mikrofon önünə cəmi 4 nəfər çıxıb. 4 abonentdən isə yalnız 1 nəfər qaz təchizatında üzləşdiyi problemi səsləndirib. O da Namiq Qurbanovun həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ünvanladığı müraciət olub.

Digər 3 abonent Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təklifləri qeydiyyata alıblar.

# 1131
avatar

Arzu Qurbanlı

Oxşar yazılar