Oğuz sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
28 mart 2023 11:27 (UTC +04:00)

Oğuz sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası növbəti dəfə Oğuz rayonunda baş tutub.

Lent.az xəbər verir ki, ümumilikdə 8 müraciətin ünvanlandığı aksiyada əsasən fərdi yaşayış evlərinin qazlaşdırılması istəyi yer alıb.

Bu baxımdan Oğuzun Xaçmaz kəndindən qatılan Cövdət Çələbiyevlə Afiq Haşımovun müraciətləri Tayıflı kənd sakini Xumarə Xəlilovanın müraciəti ilə eynilik təşkil edib. Mikrofon önünə keçən sakinlərdən fərqli olaraq abonentlər qaz xəttinin yerinin dəyişdirilməsini istəyiblər.

Elə bu cür müraciətlə Elçin Babayev “Açıq mikrofon”da çıxış edib. Hər bir müraciət Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

# 1185
avatar

Fidan İlqar

Oxşar yazılar