Kriptovalyuta birjası OKX Azərbaycanda P2P platforması üçün yeni funksiyanı — avtomatlaşdırılmış sifariş icrasını — təqdim edib. Bu yenilik istifadə rahatlığını artırmaq və P2P əməliyyatlarının təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.
Xidmət sayəsində alıcı vəsaiti satıcının təsdiqlənmiş hesabına köçürdükdən sonra sifariş avtomatik olaraq icra edilir və bağlanır. Əvvəllər əməliyyatlar əl ilə təsdiqlənirdi ki, bu da ticarəti ləngidir və tez-tez mübahisələrə səbəb olurdu. Sifariş icrası üçün komissiya əməliyyat məbləğinin 0.25%-i təşkil edir.
OKX sifarişlərin avtomatlaşdırılmasını platformanın inkişafında mühüm addım kimi qiymətləndirir:
“Avtomatlaşdırılmış sifariş icrası bütün OKX P2P ekosistemi üçün texnoloji bir yenilikdir. Bu funksiyanı məhz Azərbaycan istifadəçiləri üçün təqdim edirik ki, kriptovalyuta ilə işləmək daha rahat və təhlükəsiz olsun. Azərbaycan bizim üçün vacib strateji bazardır və biz onun inkişafına investisiya qoymağa davam edəcəyik.”
Avtomatlaşdırılmış sifariş icrası AZN ilə ticarət edən bütün OKX istifadəçiləri üçün əlçatandır. Lakin funksiyadan yararlanmaq üçün Kapital Bank, M10 və ya Rabitə Bankda təsdiqlənmiş hesab tələb olunur. Sistem daxil edilən məlumatları avtomatik yoxlayır: Kapital Bank və Rabitə Bank üçün hesab və ya kart nömrəsi, M10 üçün isə telefon nömrəsi vasitəsilə. Məlumat səhv olduqda, bildiriş göstərilir. Ödənişin yoxlanılması üçüncü şəxslərin kartlarından və ya yanlış hesab məlumatlarından istifadə riskini minimuma endirir və dələduzluğun qarşısını alır. OKX dəstəklənən bankların siyahısının gələcəkdə genişlənəcəyini qeyd edib.
OKX-in Azərbaycan bazarına genişmiqyaslı daxil olmasını qeyd etmək üçün platforma yeni referal proqramı təqdim edir — həm yeni istifadəçilər, həm də onları dəvət edən şəxslər mükafat qazanırlar. Bundan əlavə, P2P platformasında digər kampaniyalar da aktivdir: tapşırıqlara görə bonuslar təqdim edən P2P Exclusive Rewards, aktiv treyderlər üçün P2P Badges Promo və elanların görünürlüğünü artıran P2P Featured Ads.
OKX ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjalarından biridir və fəal şəkildə Web3 ekosistemini inkişaf etdirir. Platforma 100-dən çox ölkədə 70 milyondan çox istifadəçiyə xidmət göstərir.