"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 10:10 (UTC +04:00)

"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib

Milli mətbuatın 150 illiyi münasibətilə “Park Bulvar” alış-veriş və əyləncə mərkəzində media nümayəndələri ilə görüş təşkil olunub. Tədbirdə “Park Bulvar”ın Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları jurnalistlərə mərkəzin fəaliyyəti, xidmətləri və yenilikləri barədə ətraflı məlumat veriblər.

Görüş çərçivəsində “Sports Cafe”də jurnalistlər arasında maraqlı boulinq yarışı təşkil olunub. Yarış nəticələrinə uyğun olaraq qaliblər mükafatlandırılıb. Əyləncəli yarışdan sonra iştirakçılar avtomobil sərgisində iştirak ediblər. Eyni zamanda “Azərsun Holdinq”in milli mətbuatın 150 illiyinə həsr olunmuş sərgi şəkilləri də tanış olublar. Görüş sonda canlı musiqi sədaları altında “Monte Napoleone” restoranında yekunlaşıb.

Qeyd edək ki, bu il həm də “Park Bulvar” ticarət mərkəzinin fəaliyyətə başlamasından 15 il ötür. “Park Bulvar” ölkəmizdə fəaliyyət göstərən ilk irimiqyaslı alış-veriş və əyləncə mərkəzlərindən biri kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar