Rusiyalı turistlərə müjdə - Bu kart Türkiyədə işləyəcək...
06 avqust 2022 16:56 (UTC +04:00)

Rusiyalı turistlərə müjdə - Bu kart Türkiyədə işləyəcək...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” bank kartının Türkiyədə işlədilməsi istiqamətində ciddi irəliləyişlərin olduğunu qeyd edib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Türkiyənin 5 bankı bunun üzərində işləyir. 

“Bu, Rusiyadan gələn turistlər  üçün çox əlverişli olacaq. Bu, həm sizə, həm bizə fayda verəcək”, - deyə Ərdoğan bildirib.

Verilən məlumata görə, iki ölkə arasında ticarət həcminin artırılması, ticarətin rublla aparılmasına dair qərar qəbul edilib.
Məlumatda həmçinin, Azərbaycanın da “Mir” bank kartını qəbul etmək istədiyi bildirilib.
 

# 2112
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar