"Rusiyanın bir qəpik də  pulu qalmayacaq"   - Deripaska
02 mart 2023 17:25 (UTC +04:00)

"Rusiyanın bir qəpik də pulu qalmayacaq" - Deripaska

“Rusiya prezidenti tərəfindən uydurulmuş dövlət kapitalizm modeli iflasa uğrayıb. Gələn il dövlətin xəzinəsində bir qəpik də pul olmayacaq”. 

Lent.az-ın məlumatına görə, bu barədə Krasnoyarskda keçirilmiş İqtisadi Forum zamanı rusiyalı oliqarx Oleq Deripaska bildirib. Vaxtilə rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə seçilən Deripaska etiraf edir ki, ölkədə vəziyyət olduqca pisdir:

“Ürək ağrısı ilə ötən il ərzində ölkənin ehtiyatlarının necə xərcləndiyini görürdüm. Əvvəl mən elə bilirdim ki, söhbət milyardlardan gedir. Amma, sən demə, trilyonların söhbəti gedirmiş”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136

Oxşar yazılar