Sahibkarlarla növbəti görüş Şabran rayonunda keçiriləcək
29 may 2023 20:20 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Şabran rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şabran rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” mayın 31-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1455
avatar

Fidan İlqar

Oxşar yazılar