Selə görə bağlanan yol açıldı
27 avqust 2023 19:15 (UTC +04:00)

Selə görə bağlanan yol açıldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsində təmir-bərpa işləri başa çatıb, avtomobillərin hərəkətində məhdudiyyət yoxdur.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ötən gün yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.

# 2172
avatar

Oxşar yazılar