Türkiyədə baş verən zəlzələnin iqtisadi ziyanı 100 milyard dolları keçəcək.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu BMT-nin İnkişaf Proqramının Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton bildirib.
"Zərərin 100 milyard dollardan çox olacağı artıq bəllidir", - deyən Luiza Vinton qiymətləndirmənin hələ də davam etdiyini və açıqlanan rəqəmlərin yalnız Türkiyədəki iqtisadi zərərə aid olduğunu bildirib.
Bundan əvvəl Dünya Bankının analitikləri Türkiyədə zəlzələlərin ölkəyə 34,2 milyard dollar ziyan vurduğunu hesablamışdı. Eyni zamanda, infrastrukturun bərpasına və vətəndaşların mənzillə təmin olunmasına iki dəfə çox vəsait lazım olacaq.