Ağsuda qadını öldürüb meyitini  əkin yerinə atdılar - YENİLƏNİB
28 mart 2026 10:42 (UTC +04:00)

Ağsuda qadını öldürüb meyitini əkin yerinə atdılar - YENİLƏNİB

0

Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 43 yaşlı Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 49 yaşlı Əyyub Sahabov və həmyaşıdı Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

Hazırda istintaq davam etdirilir.

***
27 mart, saat: 19:04

Ağsuda baş verən qətlin üstü açılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. 

Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 49 yaşlı Əyyub Sahabov və həmyaşıdı Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1534

Oxşar yazılar