Ana söyüşünə görə dostunu armaturla döyüb öldürdü
17 iyul 2025 12:10 (UTC +04:00)

Ana söyüşünə görə dostunu armaturla döyüb öldürdü

Rusiyanın Leninqrad vilayətində miqrant həmyerlisini armaturla döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Murino şəhərində baş verib.

Hər ikisi Özbəkistan vətəndaşı olan iki kişi bir-birlərini uşaqlıqdan tanıyırmışlar. Məlumata görə, 41 yaşlı kişi 46 yaşlı dostunun anasını söyüb. O, buna dözməyib və tanışını armaturla vurmağa başlayıb.

46 yaşlı özbəkistanlı saxlanılıb, onun həmyerlisinin meyiti Kuivozovski qəsəbəsində yerləşən Dubki bağçılıq icmasında aşkar edilib. Meyitin üzərində çoxsaylı xəsarətlər olub. 

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar