Ana su istəyən 5 yaşlı qızını vannada boğub öldürdü
09 iyun 2025 18:08 (UTC +04:00)

Ana su istəyən 5 yaşlı qızını vannada boğub öldürdü

Rusiyanın Moskva vilayətində ailə faciəsi olub. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə saat 8 radələrində Voskresensk şəhərində qeydə alınıb.

5 yaşlı qız cizgi filmlərinə baxırdı, 30 yaşlı anası isə mətbəxdə səhər yeməyi hazırlayırdı. Sonra balaca qız su istəyib, amma bunun əvəzinə ana qızını əvvəlcə xalat kəməri ilə, sonra isə onu vannada boğub. Bundan əlavə, o, qızını boyun nahiyəsindən bıçaqlayıb. Ərinə isə “Səndən bezmişəm, qızımızı öldürürəm” sözləri ilə SMS göndərib.

Şübhəli şəxs saxlanılıb. Onun mağazada satıcı işlədiyi, ərinin isə sement zavodunda usta olduğu məlum olub. Qətlin motivi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar