Anasına görə gömrük əməkdaşını öldürən  yeniyetmənin məhkəməsi BAŞLADI
11 fevral 2026 12:49 (UTC +04:00)

Anasına görə gömrük əməkdaşını öldürən yeniyetmənin məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 2009-cu il təvəllüdlü R.X -nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi qətlə yetirməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Lent.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi prosesin mediaya qapalı olduğunu bildirib.

Xatırladaq ki, hadisə 2025-ci il oktyabrın 11-də Suraxanı rayonu Əmircan qəsəbəsində Ayxan Mustafayevə məxsus mağazanın qarşısında baş verib. A.Mustafayev 17 yaşlı yeniyetmə R.X tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı A.Mustafayevi bıçaqlayıb. 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.X saxlanılıb. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar