Arvadını qayçı ilə 146 dəfə  vurub öldürən azərbaycanlının məhkəməsi BAŞLADI
15 may 2026 16:33 (UTC +04:00)

Arvadını qayçı ilə 146 dəfə vurub öldürən azərbaycanlının məhkəməsi BAŞLADI

0

Türkiyənin Bursa şəhərində dini nikahla birlikdə yaşadığı 20 yaşlı Arzu Xəlilovanı qayçı ilə öldürməkdə təqsirləndirilən azərbaycanlı Salican Mehmetin məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, ittihama görə, 28 yaşlı Salican Mehmet 2025-ci il noyabrın 3-də aralarında yaranan mübahisə zamanı qayçı ilə Arzu Xəlilovaya ümumilikdə 146 zərbə endirib. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs məhkəmədə psixoloji problemlərinin olduğunu və hadisədən əvvəl 21 gün ruhi xəstəliklər xəstəxanasında müalicə aldığını bildirib. O, hazırda da dərman qəbul etdiyini və qəribə səslər eşitdiyini deyib.

İstintaq zamanı məlum olub ki, Salican Mehmetin daha əvvəl “qəsdən xəsarət yetirmə”, “narkotik saxlama” və “silah qanunvericiliyini pozma” maddələri ilə səkkiz cinayət qeydi olub.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili onun psixi durumunun yenidən ekspertizadan keçirilməsini və müşahidə altına alınmasını tələb edib. Salican Mehmetin ailəsi də onun uzun müddətdir psixoloji problemlər yaşadığını bildirib.

Proses zamanı ifadə verən Arzu Xəlilovanın anası Zülfiyyə Xəlil şikayətçi olmadığını deyib. Onun sözlərinə görə, hadisə zamanı Rusiyada olub. Qətl haqqında məlumatları qonşulardan öyrənib. O, nəvələrinin xatirinə Salican Mehmeti bağışladığını bildirib.

Təqsirləndirilən şəxsin anası da oğlunun psixi xəstə olduğunu dilə gətirib. Onun sözlərinə görə, oğlu get-gedə öz-özünə danışır və eşitdiyi naməlum səslərə görə anasına “niyə mənə bəddua edirsən?” sualı verirmiş. Qadın ağlaya-ağlaya ölən gəlinini də qızı kimi çox istədiyini bildirib.

Məhkəmə heyəti Salican Mehmetin müşahidə altına alınması ilə bağlı ekspert rəyinin hazırlanmasına və həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar