Arvadını saatlarla döydü,  atın quyruğuna bağlayıb sürüyərək öldürdü
18 iyul 2025 12:06 (UTC +04:00)

Arvadını saatlarla döydü, atın quyruğuna bağlayıb sürüyərək öldürdü

Qazaxıstanda kişi arvadını döyüb, daha sonra onu atın quyruğuna bağlayaraq sürüyüb. Meyitin üzərində çoxsaylı xəsarətlər aşkarlanıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, mərhum Ayzat Cumanovanın qohumları iddia edirlər ki, hadisədən əvvəl o, həyat yoldaşı ilə mübahisə edib, daha sonra isə əri onu saatlarla döyüb.

Jurnalistlərin yazdığına görə, məhkəmə-tibbi ekspertlər qadının bədənində qapalı kəllə-beyin travması, beyin ödemi, kəllə dibinin, ətrafların və çanağın sınıqları da daxil olmaqla, çoxsaylı xəsarətləri qeydə alıblar.

Qohumlarının sözlərinə görə, Cumanovanın biləklərindəki dəri sümüyə qədər soyulub. Onların fikrincə, xəsarətlərin xarakteri qadının çöldə sürükləndiyini göstərir. Həmçinin qeyd olunur ki, kişi mərhumu bir neçə saat ərzində iki yaşlı qızlarının gözü qarşısında döyüb.

Qadın 22 iyun gecəsi xəstəxanaya gətirilib, lakin onun qohumları bu zaman Cumanovanın artıq ölü olduğunu düşünürlər. Onların sözlərinə görə, zorakılıq izlərini gizlətmək üçün meyit yuyulub və geyimi dəyişdirilib. Kişi isə bildirib ki, həyat yoldaşı "selfi çəkərkən pəncərədən yıxılıb". Qeyd olunur ki, həmin vaxt kişi sərxoş vəziyyətdə xəstəxanaya gəlib və aqressiv davranıb.

Qazaxıstan polisi Cinayət Məcəlləsinin 106-cı maddəsinin 3-cü hissəsi — "ehtiyatsızlıqdan ölümə səbəb olan qəsdən ağır bədən xəsarəti yetirmə" maddəsi ilə cinayət işi açıb. Bu maddə üzrə maksimum cəza 12 il azadlıqdan məhrumetmədir. Hüquq-mühafizə orqanları ibtidai istintaqın başladıldığını və şübhəlinin saxlanıldığını bildiriblər, lakin işin təfərrüatlarını şərh etməkdən imtina ediblər.

Mərhum qadının qohumları isə hadisənin xüsusilə qəddarlıqla törədilmiş qətl kimi (Qazaxıstan CM-nin 99-cu maddəsi) tanınmasını və işin bu maddə ilə tövsif olunmasını tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar