Astarada DƏHŞƏT:  oğul anasını öldürdü  - YENİLƏNİB 2
22 avqust 2025 20:22 (UTC +04:00)

Astarada DƏHŞƏT: oğul anasını öldürdü - YENİLƏNİB 2

Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M. Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

18:23

Astarada anasını qətlə yetirən saxlanılıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlıü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

***
16:30

Astarada qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, Astara şəhərində qeydiyatda olan 26 yaşlı Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 47 yaşlı Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar