Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Lent.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-nin 2025-ci ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında bildirib.
Qeyd olunub ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.