Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT:  kişini öldürüb evini yandırdılar
12 iyul 2021 13:15 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: kişini öldürüb evini yandırdılar

Abşeronda dəhşətli qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib. Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ü.Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ü.Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən əməliyat-axtarış tədbirləri aparılır.

# 4641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar