Azərbaycanda əcnəbi tələbə həmyerlisini bıçaqladı
30 mart 2024 10:45 (UTC +04:00)

Azərbaycanda əcnəbi tələbə həmyerlisini bıçaqladı

Gəncədə tələbə yataqxanasında bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) 1-ci kurs tələbəsi olan Türkiyə vətəndaşı 22 yaşlı Bayer Kaan Ərmağan oğlu mübahisə zamanı həmyaşıdı və həmyerlisi olan 22 yaşlı Ağır Hüseyn Harun oğlunun başına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

# 2187
avatar

Mehman Nəbiyev

Oxşar yazılar