Azərbaycanda sərxoş kişi 5 nəfəri  güllələdi
12 iyul 2021 12:39 (UTC +04:00)

Azərbaycanda sərxoş kişi 5 nəfəri güllələdi

Göyçayda xuliqanlıq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini N.Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F.Həsənova məxsus “Kia” markalı avtomobil istiqamətində 2 dəfə tüfəngdən atəş açaraq, orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirib. Bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat daxil olub.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Rüstəmov saxlanılıb. Ondan cinayətin aləti olan “TOZ” markalı ov tüfəngi götürülüb.

# 1839
avatar

Mehman Nəbiyev

Oxşar yazılar