Türkiyədə azərbaycanlı barmen qətl törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib.
Azərbaycanlı barmen M.M. ilə iş yoldaşı Mustafa Arslan arasından naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı M.M. əlindəki pəncərə şüşəsi ilə Mustafanın boğazını kəsib. Nəticədə o, hadisə yerində keçinib.
M.M. isə polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.