Azərbaycanlı yeniyetmə restoranda QAN TÖKDÜ
06 mart 2024 12:39 (UTC +04:00)

Azərbaycanlı yeniyetmə restoranda QAN TÖKDÜ

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı olan 15 yaşlı yeniyetmə "Burger King" restoranına gələn müştəriyə bıçaqla hücum edib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, insident axşam saatlarında şəhərin mərkəzində yerləşən “Burger King” restoranlarından birində baş verib. İlkin məlumata görə, yeniyetmə növbəyə keçmək istəsə də, ona rədd cavabı verilib. O, cavab olaraq restorana gələni təhqir etməyə başlayıb və onunla əlbəyaxa olub.

Dava zamanı yeniyetmə bıçağı çıxararaq 38 yaşlı müştərinin ürəyinə bir neçə zərbə endirib. Bundan sonra o, hadisə yerindən qaçıb. Polis onun axtarışı üçün əməliyyata başlayıb.

Bir neçə saatdan sonra yeniyetmə hadisə yerinin yaxınlığında polis tərəfindən saxlanılıb. Məlum olub ki, o, Azərbaycan vətəndaşıdır və Rusiyada qanunsuz yaşayır.

Hazırda yeniyetmə istintaq təcridxanasındadır. Onun barəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Onu 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

# 3822
avatar

Mehman Nəbiyev

Oxşar yazılar