Bakıda kişi köşkdə yanıb öldü  - TƏFƏRRÜATLAR
03 oktyabr 2026 11:46 (UTC +04:00)

Bakıda kişi köşkdə yanıb öldü - TƏFƏRRÜATLAR

0

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı təfərrüatlar məlum olub.

Lent.az APA-ya istinadla bildirir ki, köşkün gözətçisi olan A. Əliyev ürək tutması nəticəsində yanan peçin üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin də məhz şəraitdə yanaraq öldüyü bildirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***
10:22

Bakıda köşkdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.

“112” qaynar telefon xəttinə qəsəbə ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.

Köşk yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar