Bakıda 46 yaşlı kişi gənclərə bıçaq çəkib pullarını aldı
07 iyul 2025 14:26 (UTC +04:00)

Bakıda 46 yaşlı kişi gənclərə bıçaq çəkib pullarını aldı

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar