Bakıda adam öldürən üç qardaş tutuldu - YENİLƏNİB
29 noyabr 2021 12:56 (UTC +04:00)

Bakıda adam öldürən üç qardaş tutuldu - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər.

***

28 noyabr saat 08:24

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Bıçaq zərbəsi F.Əliyevin ürəyinə tuş gəldiyi üçün o hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət işi başlanılıb.

# 8265
avatar

Mehman Nəbiyev

Oxşar yazılar