Bakıda arvadını öldürən kişiyə AĞIR CƏZA
02 oktyabr 2023 12:28 (UTC +04:00)

Bakıda arvadını öldürən kişiyə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Aydın Kərim oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Lent.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şəxsə hökm oxunub. 

Qərara əsasən, o, 12 il müddətində azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədov həyat yoldaşı, 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Aydın Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Fidan İlqar

Oxşar yazılar