Bakıda 20 yaşlı bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi haqda qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası noyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, bu il iyulun 1-i səhər saat 7 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 20 yaşlı Təhminə Qasımovanın öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 27 yaşlı Təbriz Qasımov könüllü polisə təslim olub.
Araşdırma zamanı məlum olub ki, Təbriz Qasımov aralarında yaranan mübahisə zamanı bacısını boğaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Təhminə Qasımovanın ölümünə — mexaniki asfiksiya səbəb olub.
Binəqədi rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham verilib.

Bakıda bacısını boğub öldürən qardaşın məhkəməsi BAŞLADI - VİDEO
Oxşar yazılar

Arvadını döyüb qaynını GÜLLƏLƏDİ - QANDONDURAN CİNAYƏT
14 iyul 2025 , 20:15
Gəncədə 14 yaşlı oğlan zarafata görə bıçaqlandı
12 iyul 2025 , 13:16
Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü - YENİLƏNİB
12 iyul 2025 , 11:03
Yevlaxda DƏHŞƏT: Ögey qardaşını öldürdü
12 iyul 2025 , 01:28Qatillərin motivləri haqqında dissertasiya yazdı: 15 xəstəni öldürdü
11 iyul 2025 , 20:15
Lotu Qulinin dostları "oğru" adını ondan almışdılar - HƏBS OLUNUR
11 iyul 2025 , 17:56
Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 2025 , 15:45