Bakıda iki dost dava etdi, bıçaqlanan var
08 mart 2024 06:02 (UTC +04:00)

Bakıda iki dost dava etdi, bıçaqlanan var

Bakının Sabunçu rayonunda evdə dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Yelikov Andrey Yuriyeviç yaşadığı evdə dostu ilə əlbəyaxa olub və bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 3858
avatar

Oxşar yazılar