Bakıda kişi qayınanasını və 2 yaşlı oğlunu bıçaqladı
24 noyabr 2022 09:47 (UTC +04:00)

Bakıda kişi qayınanasını və 2 yaşlı oğlunu bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub. Bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 32 yaşlı Saqi Kərimov 46 yaşlı qayınanasına yüngül və 2 yaşlı oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

# 4395
avatar

Oxşar yazılar