Bakıda parkda SOYĞUNÇULUQ - VİDEO
14 mart 2024 16:29 (UTC +04:00)

Bakıda parkda SOYĞUNÇULUQ - VİDEO

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq əməlinə görə məhkum olunmuş Məsimov Emil saxlanılıb. Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

# 3870
avatar

Oxşar yazılar