Bakıdakı dəhşətli qətldən  YENİ XƏBƏR
11 oktyabr 2022 18:06 (UTC +04:00)

Bakıdakı dəhşətli qətldən YENİ XƏBƏR

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Oktyabrın 9-u saat 20 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 28 yaşlı Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.  

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə keçirilən  intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 16 yaşlı  Aleksandr Serebrennikov və Elman Mənsumovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Aleksandr Serebrennikov və  Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

# 4008
avatar

Aytəkin Cəlali

Oxşar yazılar