Barmağını dişləyən qızını boğub öldürdü
14 mart 2024 12:41 (UTC +04:00)

Barmağını dişləyən qızını boğub öldürdü

Hindistanda romantik münasibət üstündə yaranan mübahisədən sonra ana qızını öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mumbayda 40 yaşlı Tina Umeş Baqade ağır cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. Qadın və oğulları Baqadenin 19 yaşlı qızı Bumikanı xəstəxanaya gətiriblər. Ana həkimlərə qızın epilepsiya tutması keçirdiyini, ondan sonra sağalmadığını deyib. Həkimlər xəstəni reanimasiya edə bilməyiblər və onun boğularaq öldürüldüyünü müəyyən ediblər. Bundan əlavə, ölüm ayağında olan Bumika adlı qızın üzündə sıyrıqlar və qançırlar tapılıb.

Həkimlər polisə müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, Baqade ilə qızı arasında Bumikanın görüşdüyü kişi üstündə ciddi münaqişə olub. Həmin axşam onlar yenidən mübahisə ediblər və bu zaman əsəbiləşən Bumika anasının şəhadət barmağını dişləyərək onun bir parçasını qoparıb. Dişlənmiş barmağına görə Baqade hirslənib, qisas almaq üçün qızını iki əli ilə boğmağa başlayıb. Hadisə azyaşlıların gözü qarşısında baş verib.

Qadın etdiyi əməli etiraf etdikdən sonra onu nəzarətə götürüblər.

# 3726
avatar

Oxşar yazılar