Baş mühəndisin qulaqlarını və boğazını kəsib öldürdülər - FOTO
05 aprel 2024 11:58 (UTC +04:00)

Baş mühəndisin qulaqlarını və boğazını kəsib öldürdülər - FOTO

Rusiyanın Rostov vilayətində naməlum şəxslər Verxolomov kənd təsərrüfatı kooperativinin baş mühəndisinin qulaqlarını və boğazını kəsiblər.

Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, 41 yaşlı rəis Andrey Likold və kooperativin digər 52 yaşlı işçisi Yuri Moskovoy aprelin 2-də axşam iki avtomobillə Verxolomov fermasını Volqodonsk istiqamətində tərk edib və itkin düşüblər. Kişilərin yaxınları polisə müraciət edib.

Dünən gecə saatlarında kənddən təxminən 5 km aralıda Likolda məxsus “Mitsubishi Outlander” markalı avtomobil Sal çayının suyundan, onun meyiti isə yük yerində aşkar edilib. Meyitin əl-ayağı bağlanaraq şikəst edilib - kişinin hər iki qulağı və boğazı kəsilib. “Mitsubishi”dən təxminən 200 metr aralıda polis Yuri Moskvaya məxsus “VAZ 21200” markalı avtomobili də çayda tapıb. İçəridə heç kim olmayıb, hazırda həmin şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. Müstəntiqlər fəhlənin belə inanılmaz amansızlıqla öldürülməsini araşdırırlar.

# 3498
avatar

Oxşar yazılar