Bir mesajla arvadını aldadıb öldürdü
20 aprel 2024 09:58 (UTC +04:00)

Bir mesajla arvadını aldadıb öldürdü

Türkiyədə kişi boşanma ərəfəsində olduğu arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhərində baş verib. 6 yalı uzaqlaşdırma qərarı verilən 36 yaşlı Kərim Coşqun bu qərar bitdikdən sonra oğlunun telefonundan arvadı 32 yaşlı Yonca Kazan Coşquna mesaj yazıb. O, mesajda oğlunun adından “Ana vəziyyətim çox pisdir, məktəbə gəl” deyə yazıb.

Oğlunun xəstə olduğunu düşünən ana dərhal hazırlaşıb çıxmaq istəyərkən evinin qapısında ərini görüb. Bu zaman əri bıçaqla ona hücum edib və qadın hamama qaçaraq gizlənib. Lakin kişi qapını sındırıb və qadını orada öldürüb.

Qadının meyiti torpağa tapşırılıb, Kərim Coşqun isə məhkəmə qərarı ilə həbs olunub.

Məlumata görə, cütlük 2013-cü ildə ailə qurub. Onlar arasında pandemiya dövründə cinsi münasibətlərə görə soyuqluq yaranıb. Getdikcə münasibətlərinin pisləşdiyini görən Yonca Kazan Coşqun məhkəməyə müraciət edərək ərinin ondan uzaqlaşdırılması qərarı alıb. Daha sonra boşanma üçün müraciət edib. Nəticədə cütlüyün 10 və 7 yaşlı uşaqları atada qalıb.

# 5400
avatar

Oxşar yazılar