Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26 mart 2024 13:12 (UTC +04:00)

Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər

Rusiyanın Perm vilayətində qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə qəbiristanlıqda baş verib. İki dost 150 min rubl (təxminən 2775 manat) borca görə dostlarını öldürüblər.

Məlumata görə, zərərçəkən santexnik işləyib və bu yaxınlarda “Volkswagen Polo” markalı avtomobil alıb. Bir axşam dostu mərhumdan onu və bir dostunu anasının məzarına aparmağını istəyib. Səfər zamanı yadına düşüb ki, həmin şəxs ondan “VAZ-2110” markalı avtomobil alıb, amma pulu verməyib və o, artıq maşını yenidən satıb, xarici maşın alıb.

Qəbiristanlıqda kişilərdən biri onları qəbiristanlığa gətirmiş dostunu döyməyə başlayıb. Davaya o biri dost da qoşulub. Kişi aldığı xəsarətlərdən qəbiristanlıqda dünyasını dəyişib. Dostlar meyiti olduğu yerdə qoyublar, lakin onun avtomobilini götürüb satmaq qərarına gəliblər.

Mərhumun arvadı əri evə gəlməyincə həyəcan təbili çalıb. O, itkin düşən kişi barədə hüquq-mühafizə orqanlarına məlumat verib və onun kiminlə olduğunu deyib. Artıq şübhəlilər saxlanılıb.

# 3030
avatar

Oxşar yazılar