Boşanmaq istəyən qadının və ərinin meyitləri tapıldı
07 iyul 2025 14:55 (UTC +04:00)

Boşanmaq istəyən qadının və ərinin meyitləri tapıldı

Rusiyanın Moskva vilayətində qısqanc ər arvadını işgəncə ilə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, cütlük bir neçə gün əvvəl ünsiyyəti dayandırıb. Qayınana həyəcan təbili çalıb və sonda ailənin kirayə qaldığı mənzilin qapısı sındırılıb. İçəridə kəllə sümüyü əzilmiş 39 yaşlı qadın və ərinin cəsədləri tapılıb. Onların yanından vintaçan, kürək, bıçaq və qanlı tabure tapılıb.

Müstəntiqlərin fikrincə, kişi arvadını metal çardağa zəncirləyib və mənzildə işgəncə kamerası qurub. Səbəb isə qadının boşanmaq istəməsi olub. Hadisədən bir gün əvvəl qadın rəfiqəsinə qısqanc ərindən şikayət edib.

Cütlüyün yeganə oğlu isə hadisədən şoka düşüb. Hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar