Dalaşanları ayıran kişini öldürdülər
07 dekabr 2023 12:23 (UTC +04:00)

Dalaşanları ayıran kişini öldürdülər

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində magistral yolda baş verib. Burada yaşayan Öner İsaoğlunu yerdə qan içində yerdə uzanıqlı halda tapıblar.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kişini xəstəxanaya aparıb müdaxilə etsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, mərhum dava edən şəxsləri ayırarkən bıçaqlanıb.

Hadisə ilə bağlı 1 nəfər saxlanılıb. Araşdırma aparılır.

# 2115
avatar

Oxşar yazılar