Türkiyədə silahlı dava iştirakçılarını ayırmaq istəyən qadın ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfanın Qarakörpü qəsəbəsində baş verib.
Küçədə iki qrup arasında naməlum səbəbdən başlayan dava silahlı insidentə çevrilib. Bu zaman onları ayırmaq istəyən Heriman Altundağ və 15 yaşlı oğlu S.A. tüfəngdən açılan atəş nəticəsində yaralanıblar.
Xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə gələn polislər 4 nəfəri saxlayıblar.
