Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü
13 dekabr 2025 15:29 (UTC +04:00)

Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü

0

Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib.

İş materiallarına əsasən, qadın Rusiyaya işləməyə gedən əri ilə tez-tez mübahisə edirmiş. Ölümcül nəticə ilə bitən münaqişə 13 aprel 2025-ci ildə videozəng zamanı baş verib. 

Rusiya ərazisində olan ər məsafədən arvadının telefonuna qoşularaq zəng siyahısında başqa bir kişiyə aid nömrə aşkar edib və onu xəyanətdə ittiham edib. Mübahisə zamanı o, şübhələrini qohumlara açıqlayacağını və ailə həyatını davam etdirmək niyyətində olmadığını bildirib. 

Məhkəmənin müəyyən etdiyinə görə, qadın ərinə mənəvi ağrı yaşatmaq məqsədilə yanında olan dörd yaşlı və bir yarım yaşlı qızlarına bıçaqla zərbələr endirib. Hər iki uşaq aldıqları xəsarətlərdən dünyasını dəyişib, bundan sonra qadın özünə də bıçaq xəsarətləri yetirib.

Məhkəmədə təqsirləndirilən qadın günahını etiraf etməyib, baş verənləri xatırlamadığını və qətl törətmədiyini iddia edib. Lakin onun cinayətdə iştirakı sübutlarla, o cümlədən ərinin ifadələri ilə təsdiqlənib.

Ər bildirib ki, cinayət zamanı evdə arvadı və uşaqlardan başqa heç kim olmayıb. 

Aparılan psixoloji-psixiatrik ekspertiza da müəyyən edib ki, qadın cinayət zamanı affekt vəziyyətində olmayıb. İzbasqan Rayon Məhkəməsi onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum edib və Andican Vilayət Məhkəməsi bu hökmü dəyişmədən qüvvədə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar