Ərini öldürüb meyiti parçaladı - Qalıqları çaya atdı
09 aprel 2026 18:13 (UTC +04:00)

Ərini öldürüb meyiti parçaladı - Qalıqları çaya atdı

0

Rusiyanın Stavropol diyarında 56 yaşlı qadın həyat yoldaşını amansızlıqla öldürməkdə şübhəli bilinir. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 5-də, cütlüyün birgə spirtli içki qəbul etdikləri zaman baş verib. Ər-arvad arasında yaranan mübahisə qısa zamanda aqressiyaya çevrilib.

İstintaqın versiyasına görə, qadın bıçaq götürərək kişiyə arxadan bir neçə zərbə vurub, daha sonra isə onu itələyib. Zərərçəkmiş tarazlığını itirərək yıxılıb və başı jurnal masasının küncünə dəyib. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində həyatını itirib.

Cinayətin izlərini gizlətmək məqsədilə qadın meyiti hissələrə bölüb. Daha sonra bədən hissələrini polietilen torbalara yerləşdirərək taksi çağırıb və onları Nevinnomıssk şəhərində çaya atıb.

Hüquq-mühafizə orqanları qısa müddətdə şübhəlinin izinə düşərək onu saxlayıblar. Regional İstintaq Komitəsi saxlanılma faktını təsdiqləyib və qətl maddəsi ilə cinayət işi açıldığını bildirib.

Araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar