Ərini öldürüb şou yaradan  qadın həbs olundu
20 yanvar 2026 16:24 (UTC +04:00)

Ərini öldürüb şou yaradan qadın həbs olundu

0

Türkiyənin Dənizli vilayətində itkin düşdüyü bildirilən 39 yaşlı İbrahim Kayaaslanın cəsədi göldə tapılıb və aparılan istintaq çərçivəsində həyat yoldaşı, 38 yaşlı Saimə Kayaaslan həbs edilib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2 avqust 2025-ci ildə Buldan rayonundakı Dımbazlar gölündə qeydə alınıb. Manisanın Sarıgöl rayonunun Dindarlı məhəlləsində yaşayan Saime (38) və İbrahim Kayaaslan (39) cütlüyü piknik etmək üçün Buldan rayonundakı Dımbazlar gölünə gedib.

Bir müddət sonra ərazidə olan balıqçılar göldə bir qadının çırpındığını görüb. Saime Kayaaslan bildirib ki, həyat yoldaşı İbrahim Kayaaslanla birlikdə sərinləmək üçün suya giriblər, ərinin uzun müddət sudan çıxmadığını görəndə o da gölə atılıb. Balıqçılar tərəfindən sudan çıxarılan Saime Kayaaslan çağırılan “təcili yardım” maşını ilə Buldan Dövlət Xəstəxanasına aparılıb. Bundan sonra hadisə yerinə jandarma və dalğıc qrupları cəlb edilib.

Göldə aparılan axtarış zamanı 4 saat sonra İbrahim Kayaaslanın cansız bədəninə rast gəlinib. Kayaaslanın cəsədi yarılma üçün Denizli Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.

Aparılan müayinə zamanı İbrahim Kayaaslanın mədəsində spirtlə birlikdə parasetamol maddəsi müəyyən edilib. Həmçinin onun kürəyində sərt bir cisimlə vurulmasına işarə edən izlər tapılıb.

Müayinənin nəticələrindən sonra Saime Kayaaslan, onun atası Mehmet Y., anası Münirə Y. və İzzet S. yanvarın 13-də jandarma əməkdaşları tərəfindən Sarıgöl rayonunda saxlanılaraq, Buldan rayonuna aparılıb.

İstintaq çərçivəsində Saime Kayaaslanın ərinin içkisinə yüksək dozada dərman atdığı, alkoqolla birlikdə dərmanı qəbul edən İbrahim Kayaaslanın huşunu itirdikdən sonra gölə girdiyi və boğularaq öldüyü bildirilib.

Prosedurlardan sonra yanvarın 16-da məhkəməyə çıxarılan şübhəlilərdən Saime Kayaaslan həbs edilib, digərləri isə şərti azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar